MiQ-29 təyyarəsinin pilotu dəfn edilib

MiQ-29 təyyarəsinin pilotu dəfn edilib İlk xəbər saat 09:45-də yayılıb
Plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən zaman qəzaya uğrayan Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin pilotu polkovnik-leytenant Rəşad Atakişiyev dəfn edilib.
R.Atakişiyev II Fəxri xiyabanda torpağa tapşırılıb.
Dəfn mərasimi zamanı Azərbaycanın dövlət himni səsləndirilib, havaya yaylım atəşi açılıb.
Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Ramiz Tahirov pilotun tabutunun üzərinə sərilmiş Azərbaycanın dövlət bayrağını onun həyat yoldaşı Könül Hüseynovaya təqdim edib.
saat 11:17
Qəzaya uğrayan MiQ-29 təyyarəsinin pilotu Rəşad Atakişiyevlə vida mərasimi başa çatıb.
Pilotun nəşi dəfn olunmaq üçün II Fəxri Xiyabana yola salınıb.
XXX
saat 11:03
Plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən zaman qəzaya uğrayan Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin pilotu polkovnik-leytenant Rəşad Atakişiyevin Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində vida mərasimi keçirilib.
Mərasimdən sonra pilotun nəşi II Fəxri Xiyabanda dəfn olunacaq.
XXX
saat 09:45
Ötən gün meyiti tapılan MiQ-29 təyyarəsinin pilotu Rəşad Atakişiyevlə vida mərasimi keçirilir.
Mərhum pilotla vida mərasimi Yeni Yasamalda yerləşən evinin həyətində başlayıb.
R.Atakişiyevlə rəsmi vida mərasimi hazırda Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində davam etdirilir.
Müdafiə naziri, general-polkovnik Zakir Həsənov vida mərasimində iştirak edir.
Pilot daha sonra II Fəxri Xiyabanda dəfn olunacaq.
Xatırladaq ki, bu il iyulun 24-də plana uyğun olaraq, gecə vaxtı təlim-məşq uçuşları keçirən zaman qəzaya uğrayan Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin pilotu polkovnik-leytenant Atakişiyev Rəşad Saləddin oğlunun nəşi və təyyarənin qalıqları avqustun 20-də tapılaraq dənizdən çıxarılıb.

Tehsil-press.az

Oxşar xəbərlər