“Bazardakı məhsullarla yarmarkadakı məhsulların qiyməti arasında çox böyük fərq nəzərə çarpır. Hökumət bunun üzərində ciddi şəkildə düşünməlidir”.
Bu sözləri Baş Nazirin müavini Əli Əhmədov bu gün ərzaq məhsullarının satışı ilə məşğul olan bir neçə ticarət mərkəzində aparılan reyd zamanı jurnalistlərə deyib.
Nazir müavini bildirib ki, hazırda ölkə vətəndaşlarının ərzaq və qidaya olan tələbatının əksər hissəsi yerli istehsal hesabına ödənilir: “Azərbaycan vətəndaşı ərzaq qıtlığından əziyyət çəkməməlidir. İstəyirik ki, “tarladan-süfrəyə” zəncirində iştirak edən hər iki tərəf – fermer də, istehlakçı da məmnun qalsın.
Fermerlər istehsal etdikləri məhsulları müvafiq bir qiymətə sata bilsinlər ki, ailə büdcələrini formalaşdırsınlar, digər tərəfdən isə istehlakçı üçün də məhsulun qiyməti əlverişli olmalıdır”.
Reyd zamanı üç müxtəlif ticarət mərkəzində olduqlarını, məhsulların qiymətlərinin və xidmətlərin bir-birindən fəqrləndiyini bildirən Əli Əhmədov yüksək qiyməti olan məhsullara rast gəlindiyini vurğulayıb:
“Biz məhsulların qiymətində müşahidə etdiyimiz fərq barədə də düşünməliyik. Odur ki, qiymət artımının qarşısını bolluq yaratmaq yolu ilə almalıyıq. Kimsə qiyməti süni şəkildə artırmağa çalışarsa, hökumət iqtisadi tədbirlər görməlidir. Ən təsirli tədbirlərdən biri o ola bilər ki, satış mərkəzlərinin və vasitəçi mərkəzlərin sayı artırılsın”.
Tehsil-press.az