Mehriban xanım Əliyevanın zəngin, çoxşaxəli fəaliyyəti Azərbaycan xalqı, xüsusilə də gənclər tərəfindən böyük rəğbətlə qarşılanır
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, Yeni Azərbaycan Partiyasının Sədr müavini, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva xeyirxahlığına, yüksək bacarığına, özünəxas nəcib, humanist və insanpərvər xarakterinə görə xalqımızın böyük hörmətini və məhəbbətini qazanmışdır. Merhiban xanım Əliyevanın ölkəmizin ictimai-siyasi, elm, təhsil, mədəniyyət və idman sahələrinin inkişafına yönəlmiş fəaliyyəti, xüsusilə ölkədəki quruculuq proseslərində yaxından iştirakı onu xalqa daha da yaxınlaşdırmışdır.
Artıq illərdir ki, ölkənin mədəni, humanitar, sosial həyatında mühüm və kifayət qədər fəal rol oynayan Mehriban xanım Əliyeva Azərbaycan Prezidenti cənab İlham Əliyevin 2017-ci ilin 21 fevral tarixində imzaladığı Sərəncamla ölkənin Birinci vitse-prezidenti təyin olunduqdan sonra da qeyd olunan sahələrdə fəaliyyətini ən yüksək səviyyədə davam etdirməkdədir. Birinci vitse-prezident kimi fəaliyyətini ölkədə sosial məsələlərin, əhalinin aztəminatlı hissəsinin problemlərinin sürətli həlli üzərində quran Mehriban xanım Əliyeva bu uğurlu təyinata qədər Azərbaycan üçün gördüyü işləri nəzərdən keçirsək, əminliklə deyə bilərik ki, Birinci Xanımın bundan sonrakı illərdə də fəaliyyət prinsipi məhz, əvvəlki fəaliyyətinin silsilə davamı olmuşdur. Mehriban xanım həyata keçirdiyi irimiqyaslı layihələr, gördüyü işlər sayəsində xalqın etimadını, inamını və böyük məhəbbətini qazanmışdır.
Mehriban xanım Əliyevanın ictima-siyasi fəaliyyəti yalnız ölkə daxilini əhatə etməmiş, onun təşəbbüsü ilə Azərbaycanın hüdudlarından kənarda da çoxsaylı humanitar layihələr həyata keçirilmişdir. Azərbaycan mədəniyyətinin, incəsənətinin, musiqisinin, mətbəxinin, ümumiyyətlə milli mənəvi dəyərlərimizlə əlaqəli bütün tarixi nailiyyətlərimizin dünya miqyasında təbliğ edilməsi Mehriban xanım Əliyevanın dövlətimiz və xalqımız qarşısında görüdüyü misilsiz xidmətlərin tərkib hissəsidir. Bu humanist və nümunəvi missiya bütün dünyaya bəllidir və beynəlxalq ictimaiyyət tərəfindən də dəstəklənməkdədir. Bütün sadalananların nəticəsidir ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva öz fəaliyyətini dövlət siyasəti səviyyəsində həyata keçirərək bütün dünyada böyük nüfuz qazanmışdır. Birinci vitse-prezidentin əldə etdiyi bu nüfuz isə ölkəmizin beynəlxalq imicinə xüsusi dividentlər bəxş etmişdir.
Digər bir məqam isə Azərbaycan Prezidenti İlham Əliyevin daxili siyasətində sosial siyasət, xüsusən də, əhalinin sosial müdafiəsinin gücləndirilməsi, müharibə veteranlarının, əlillərinin, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin vaxtında həllinə nail olunması, hər cür qayğı ilə əhatə olunması, aztəminatlı ailələrin sosial problemlərinin həlli həmişə prioritet təşkil etməsidir ki, Birinci vitse-prezident Mehriban Əliyeva bu işdə dövlət başçısına dəstək olaraq Heydər Əliyev Fondunun prezidenti kimi bu məsələlərin həllini daim fəaliyyətinin prioritet istiqaməti kimi təsbit etmişdir.
Mehriban xanım Əliyeva bütün yorulmaz və çoxşaxəli fəaliyyəti ilə müxtəlif mədəni, humanitar proqram və tədbirləri, elm, təhsil, səhiyyə və idmanın inkişafını təmin edən layihələri dəstəkləməklə, təmsil olunduğu cəmiyyətə yalnız fayda gətirib. O, gənclərin sağlam, milli-mənəvi dəyərlərə sadiq, hərtərəfli biliklərə malik vətəndaş kimi yetişdirilməsi işinə də böyük töhfələr vermişdir.
Bir sözlə, Mehriban xanım Əliyevanın ali dəyərlərə söykənən fəaliyyəti Azərbaycan xalqının və dövlətinin maraqlarını əks etdirir. Mehriban Əliyeva Azərbaycanı layiqincə təmsil edən, ölkəmizdə və dünyada xeyriyyəçi, humanist fəaliyyəti ilə seçilən, həmçinin, müxtəlif humanitar sahələrdə respublikada və beynəlxalq miqyasda böyük işlər görən ictimai-siyasi xadim kimi tanınır. Azərbaycanın Birinci xanımının ali məramlı fəaliyyəti bəhs etdiyimiz ayrı-ayrı sahələrin inkişafında müstəsna rol oynamaqla ölkəmizin tərəqqisinə mühüm töhfələr verir.

Tamerlan Əkbərov
Azərbaycan Kooperasiya Universitetinin mətbuat xidmətinin rəhbəri,
Tələbə Gənclər Təşkilatının sədri