İranda ilk dəfə Turizm naziri təyin edildi

İranda ilk dəfə Turizm naziri təyin edildi İran tarixində ilk dəfə olaraq turizm naziri təyin edilib.
Prezident Həsən Ruhaninin təqdimatına əsasən İran İslam Şurası Məclisi Əli Əsgər Munusanı Mədəni irs və turizm naziri təyin edib.
Qeyd edək ki, bu günə kimi İranda əl işləri sənayesi, milli irs və turizm üzrə ölkənin vitse-prezident vəzifəsi mövcud idi. Lakin Prezidentin islahatlarına əsasən, yeni nazirlik yaradılıb.

Tehsil-press.az

Oxşar xəbərlər