Birinci vitse-prezidentə yeni köməkçilər təyin edildi

Birinci vitse-prezidentə yeni köməkçilər təyin edildi Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın daha iki köməkçisi təyin edilib.
Emin Hüseynov və Xalid Əhədov Birinci vitse-prezidentin köməkçisi təyin ediliblər.
Bununla da Birinci vitse-prezidentin köməkçilərinin sayı 6-ya çatıb.
Qeyd edək ki, M. Əliyevanın digər 4 köməkçisi Anar Ələkbərov, Yusuf Məmmədəliyev, Elçin Əmirbəyov və Gündüz Kərimovdur.

Tehsil-press.az

Oxşar xəbərlər