“Ayıb olsun” - Ölüm xəbəri yayılan Xalq artisti

“Ayıb olsun” - Ölüm xəbəri yayılan Xalq artisti Xalq artisti, cazmen Cavan Zeynallının ölüm xəbəri yayılıb. Bu barədə sosial şəbəkələrdə paylaşımlar edilib.
Məsələ ilə bağlı Xalq artisti ilə əlaqə saxladıq. C. Zeynallı Tehsil-press.az-a açıqlamasında yayılan xəbərlərin dezinformasiya olduğunu bildirdi:
"Mən bilmirəm o xəbərləri kim yayır. Onlar ölümümü istəyən adamlardı. Bundan sensassiya yaratmaq istəyirlər. Ayıb olsun. Bayaqdan zənglərin ardı-arası kəsilmir. Bir dəfə də belə bir hal yaşanmışdı. Şəklimi qara çərçivəyə salıb sosial şəbəkədə paylaşmışdılar. Hamı zəng edirdi ki, Cavan müəllim, hər şey yaxşıdır?".

Tehsil-press.az


Oxşar xəbərlər