Ölüm xəbəri yayıldı, o isə...

Ölüm xəbəri yayıldı, o isə... Ölüm xəbəri yayılan Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov ölkəsinin tibb sahəsində çalışanlara təbrik məktubu ünvanlayıb.
O, Səhiyyə və tibb işçiləri günü ilə bağlı təbrikində Türkmənistanın səhiyyə sisteminin uğurlarından bəhs edib.
Berdiməhəmmədov qeyd edib ki, ölkənin səhiyyə sisteminin Ümumdünya Səhiyyə Təşkilatının standartlarına cavab verməsi üçün uğurla iş aparılır.
Qeyd edək ki, bu gün axşam saatlarında Rusiyanın “Qovorit Moskva” radiosu Qurbanqulu Berdiməhəmmədovun ölüm xəbərini yayıb. Türkmənistanın Rusiyadakı səfirliyi isə xəbəri təkzib edib.

Tehsil-press.az

Oxşar xəbərlər