Bakı məktəblərində təhlükəsizlik tədbirləri gücləndirilir

Bakı məktəblərində təhlükəsizlik tədbirləri gücləndirilir Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi 15 sentyabr -15 oktyabr "Diqqət Uşaqlar" təhlükəsizlik ayı çərçivəsində silsilə tədbirləri davam etdirir.
Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat xidmətinin rəhbəri Elşad Hacıyev Tehsil-press.az-a bildirib ki, bu gün Bakı şəhəri, Nəsimi rayonu, 266 nömrəli orta məktəbdə növbəti maarifləndirici tədbir keçirilib.
Tədbirdə çıxış edən Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov şagirdlərə yol hərəkəti qaydaları haqqında məlumat verib, valideynlərə və müəllimlərə uşaqların piyada keçidindən istifadə etməsi, yol hərəkəti qaydalarını mənimsəmələrini təbliğ etməsi tövsiyə olunub.
Şagirdlər yol hərəkəti qaydalarından bəhs edən kompozisiya ilə çıxış ediblər, fərqlənən məktəblilərə zəruri məktəbli ləvazimatları hədiyyə olunub.

Tehsil-press.az

Oxşar xəbərlər