Daxili işlər naziri Ramil Usubov haqqında şikayət edilən Bakı Şəhər Dövlət Yol Polisinin əməkdaşını işdən qovub.
Təhsil-press.az-ın məlumatına görə, 2017-ci ilin yanvar ayında Nizami rayonu, Rüstəm Rüstəmov küçəsi ilə öz şəxsi avtomobiliylə hərəkət edən Həbib Nuruşov adlı Bakı sakini həmin vaxt ərazidə xidmət aparan yol polisləri tərəfindən saxlanılıb. Onun idarə etdiyi BMW markalı 10 VP 102 dövlət qeydiyyat nişanlı avtomobilin saxlanılmasına səbəb isə yol hərəkəti qaydalarını pozması olub. H. Nuruşov ona yaxınlaşan Vüqar Abbasov və Vüsal Nəcəfov adlı polis əməkdaşlarına qaydanı pozduğunu etiraf edib və buna görə cəriməni ödəməyə hazır olduğunu deyib.
Sürücü polislərdən "eyni yol hərəkəti qaydasını məndən əvvəl və sonra pozan sürücüləri hansı səbəbdən saxlamırsınız” sualını verdikdə isə təhqir edilib.
Həbib Nuruşovun vəkili, hüquq müdafiəçisi Səməd Vəkilov sayta açıqlamasında bildirib ki, bununla bağlı Daxili işlər naziri Ramil Usubova müraciət ünvanlanıb. Sonra Bakı şəhər Baş Polis İdarəsindən sürücünün müraciətinə cavab verilib. Cavab məktubunda qeyd olunub ki, şikayət olunan polis zabitlərinin əməlləri araşdırılıb və onlardan biri Vüqar Abbasovun işdən azad edilməsiylə bağlı qərar verilib.
Onun sözlərinə görə, araşdırma zamanı məlum olub ki, həmin polis zabiti ilə bağlı dəfələrlə şikayət edilib.
***
Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov “Qafqazinfo”ya bildirib ki, həqiqətən də Həbib Nuruşov adlı sürücü yanvarın 12-də Nizami rayonu ərazisində polis əməkdaşları tərəfindən saxlanılıb və qanunvericiliyin tələbinə uyğun olaraq məsuliyyətə cəlb olunub: “Amma xəbərdə adı qeyd olunan Vüqar Abbasov polis zabiti yox, polis baş serjantıdır və o işdən çıxarılmayıb. Həbib Nuruşov isə məsələ ilə bağlı müraciət edib və hazırda onun şikayəti araşdırılır”.
V. Əsədov həmçinin, bu haqda məlumat yayan vəkilin məsələni şişirtdiyini qeyd edib.
Təhsil-press.az