GƏNCƏ DÖVLƏT UNİVERSİTETİNİN “ANTİVARRON” LAYİHƏSİ BİRİNCİ OLDU

GƏNCƏ DÖVLƏT UNİVERSİTETİNİN “ANTİVARRON” LAYİHƏSİ BİRİNCİ OLDU Bakıda Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi, Aqrar Elm və İnnovasiya Mərkəzinin, “Startap Azərbaycan” və “İNNOLAND” Akselerasiya Mərkəzi tərəfindən həyata keçirilən “AgroX” startap müsabiqəsinin yekun təqdimat mərasimi keçirilib.
Tədbirdə Kənd Təsərrüfatı Nazirliyi Aparatının nümayəndələri, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin, dövlət qurumlarının rəhbərləri, ali təhsil müəssisələrinin rektorları, nazirliyin tabeli qurumlarının nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, “AgroX” müsabiqəsinin əsas məqsədi aqrar sahədə innovasiyaların təşviq edilməsi və tətbiqinə, aqrar startapların inkişafına, innovasiyalardan və rəqəmsal texnologiyalardan istifadə etməklə aqrar sahədə məhsuldarlığın yüksəldilməsinə və aqrar idarəetmənin təkmilləşdirilməsinə dəstək göstərməkdir.
May ayından start götürmüş “AgroX” innovasiya proqramı üzrə müsabiqəyə 52 layihə təqdim olunub. Münsiflər heyətinin qərarına əsasən 12 layihə texniki-iqtisadi baxımdan məqbul sayılaraq növbəti mərhələyə buraxılıb.
Daha sonra “AgroX” İnnovasiya Proqramı çərçivəsində görülmüş işlərə yekun vurulub, 12 aqrar startapçılar arasında keçirilən müsabiqənin nəticələri açıqlanıb.
Belə ki, bu müsabiqədə Gəncə Dövlət Universitetinin “Antivarron” layihəsi 1-ci yerə layiq görülərək 6 min manat pul mükafatı qazanıb.

GDU-nun Mətbuat Xidməti

GƏNCƏ DÖVLƏT UNİVERSİTETİNİN “ANTİVARRON” LAYİHƏSİ BİRİNCİ OLDU

Oxşar xəbərlər