Azərbaycanlı rektor Moldova Dövlət Aqrar Universitetinin fəxri doktoru adına layiq görülüb

Azərbaycanlı rektor Moldova Dövlət Aqrar Universitetinin fəxri doktoru adına layiq görülüb Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvü İbrahim Cəfərov Moldova Dövlət Aqrar Universitetinin fəxri doktoru adına layiq görülüb.
İ.Cəfərov Moldova Dövlət Aqrar Universitetinin yaradılmasının 85 illiyinə həsr olunan “Dünya üzümçülüyünün inkişaf problemləri və istiqamətləri” mövzusunda beynəlxalq konfransda iştirak edib.
Azərbaycanlı alim tədbirdə ölkəmizdə aqrar sahədə üzümçülüyün yeri, bu sahənin inkişafına dövlət dəstəyi, kadr təminatı, ali təhsil müəssisələri arasında müəllim və tələbə mübadiləsinin həyata keçirilməsi və birgə elmi-tədqiqatların aparılmasının prioritet istiqamətləri barədə danışıb.

Kəmalə Rəhimli

Oxşar xəbərlər