Təhsil naziri Ceyhun Bayramovun dəvəti ilə Türkiyə Milli Təhsil naziri Ziya Səlçukun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdədir.
Səfər çərçivəsində qonaqlar Fəxri Xiyaban, Şəhidlər Xiyabanı və “Türk şəhidliyi” abidəsini ziyarət edib, 13-cü Azərbaycan Beynəlxalq Təhsil Sərgisində iştirak edib, həmçinin, bir sıra təhsil müəssisələrində olublar.
Oktyabrın 11-də Təhsil naziri Ceyhun Bayramov Türkiyə Respublikasının Milli Təhsil naziri Ziya Selçukun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Təhsil naziri Ceyhun Bayramov qonaqları ölkəmizdə qarşılamaqdan məmnunluğunu və bu görüşün iki qardaş ölkə arasında əlaqələrin möhkəmlənməsində mühüm addım olduğunu bildirib.
Görüşdə təhsil sahəsinə dair geniş fikir mübadiləsi aparılıb, Azərbaycan və Türkiyə arasında təhsil sahəsində, o cümlədən peşə təhsili sahəsində əməkdaşlıq istiqamətləri və gələcək perspektivlər müzakirə edilib.

Mətbuat Xidməti