Azərbaycan nefti bahalaşdı

Azərbaycan nefti bahalaşdı CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti oktyabrın 15-də 62,92 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,67 dollar/barel çoxdur.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 60,94 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,83 dollar/barel çoxdur.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 54,44 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,58 dollar/barel çoxdur.
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 59,42 dollar/barel olub, bu da əvvəlki göstəricidən 0,33 dollar/barel çoxdur.

Tehsil-press.az

Oxşar xəbərlər