Prezident İlham Əliyev Mikayıl Cabbarovun Azərbaycan Respublikasının İqtisadiyyat naziri təyin edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən Mikayıl Çingiz oğlu Cabbarov Azərbaycan Respublikasının İqtisadiyyat naziri təyin edilir.
Qeyd edək ki, Mikayıl Cabbarov 1976-cı il sentyabrın 19-da Bakıda anadan olub. 1992-1997-ci illərdə Bakı Dövlət Universitetində təhsil alıb, beynəlxalq hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirib. 1997-1998-ci illərdə ABŞ-ın Kaliforniya ştatının Sakramento şəhərindəki Pasifik Universitetinin Makcorc Hüquq məktəbində hüquq üzrə magistr dərəcəsi alıb. 2004-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetində iqtisadiyyat üzrə magistr dərəcəsi alıb.
1995-ci ildə bank sektorunda fəaliyyətə başlayıb. 1999-2002-ci illərdə özəl sektorda hüquqşünas kimi fəaliyyət göstərib. 1999-cu ildən ABŞ-ın Nyu-York ştatında Vəkillər Kollegiyasının üzvüdür. 2002-2003-cü illərdə İqtisadi İnkişaf Nazirliyində nazir müşaviri vəzifəsində çalışıb. 2003-2004-cü illərdə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) prezidenti vəzifələrində çalışıb.
2004-cü il 20 fevralda Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə iqtisadi inkişaf nazirinin müavini vəzifəsinə təyin edilib. Həmin vəzifədə işlədiyi dövrdə beynəlxalq maliyyə qurumları ilə əməkdaşlıq, xarici iqtisadi əlaqələr, xarici investisiya siyasəti, beynəlxalq arbitrajlarda hüquqi məsələlər və korporativ idarəetmə kimi fəaliyyətlərin əlaqələndirilməsini həyata keçirib.
2009-cu il 6 martda Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi vəzifəsinə təyin olunub.
2013-cü il 19 apreldə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikasının təhsil naziri vəzifəsinə təyin edilib.
2017-ci il 5 dekabrda Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikasının vergilər naziri vəzifəsinə təyin edilib.
2017-ci ildən Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti, Litva Respublikası və Xorvatiya Respublikası hökumətləri arasında ikitərəfli əməkdaşlıq üzrə hökumətlərarası komissiyaların həmsədridir.
2018-ci il, 10 oktyabrda Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri xüsusi rütbəsi verilib.
2019-cu il, 9 fevralda Azərbaycan Respublikasının Prezidenti Sərəncamı ilə 2-ci dərəcəli dövlət vergi xidməti müşaviri xüsusi rütbəsi verilib.
Evlidir, 2 övladı var.
Tehsil-press.az