İyunun 23-də Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) rektoru vəzifəsinə təyin edilmiş Cəfər Cəfərov bu təhsil müəssisəsinin kollektivinə təqdim olunub.
Tədbirdə təhsil naziri Mikayıl Cabbarov, təhsil müəssisəsinin pedaqoji kollektivi iştirak edib.
Təhsil naziri Cəfər Cəfərovun ADPU-nun rektoru təyin olunması ilə bağlı Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamını diqqətə çatdırıb və yeni rektora fəaliyyətində yeni-yeni uğurlar arzulayıb.
ADPU-nun rektoru Cəfər Cəfərov ona göstərilən etimada görə ölkə Prezidentinə minnətdarlığını bildirib və üzərinə düşən vəzifəni yüksək səviyyədə yerinə yetirmək üçün var gücü ilə çalışacağını söyləyib.
Cəfər Cəfərov 1983-cü ildə Moskva Dövlət Universitetinin tarix fakültəsini bitirib. 1983-1987-ci illərdə MDU-nun aspirantı olub. 1987-ci ildə tarix elmləri namizədi, 2010-cu ildə isə tarix elmləri doktoru alimlik dərəcələrini alıb, professordur.
C.Cəfərov 1987-1994-cü illərdə Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsində böyük laborant, müəllim, dosent, 1990-1994-cü illərdə BDU-da Tarix üzrə ixtisaslaşmış doktorluq şurasının elmi katibi, tələbə elmi cəmiyyətinin elmi rəhbəri, 1992-1994-cü illərdə Tarix fakültəsinin dekan müavini vəzifələrində çalışıb. 1994-1998-ci illərdə Gənclər və İdman Nazirliyinin Gənclərlə İş üzrə Baş İdarəsinin rəisi, 1998-2003-cü illərdə BMT İnkişaf Proqramı və Azərbaycan hökumətinin “Azərbaycanda Vətəndaş Cəmiyyətinin gücləndirilməsi” birgə layihəsinin milli koordinatoru, 2003-2004-cü illərdə Beynəlxalq Mətbuat Mərkəzinin direktoru, 2004-2006-cı illərdə BMT İnkişaf Proqramı və Azərbaycan hökumətinin “Daxili turizmin inkişafına dəstək” birgə layihəsinin milli koordinatoru olub. 2006-2016-cı illərdə Azərbaycan Turizm İnstitutunun və Azərbaycan Turizm və Menecment Universitetinin rektoru vəzifəsində çalışıb.
Tehsil-press.az