Yaponiya İmperatoru Naruhitonun diplomatik korpusun nümayəndələri ilə görüşündə Azərbaycan da təmsil olunub

Yaponiya İmperatoru Naruhitonun diplomatik korpusun nümayəndələri ilə görüşündə Azərbaycan da təmsil olunub İmperator sarayında Yaponiya İmperatoru Naruhitonun taxtı çıxması ilə əlaqədar bu ölkədə akkreditdə olunmuş diplomatik missiyaların rəhbərləri üçün rəsmi qəbul təşkil edilib.
Qəbulda Yaponiyada fəaliyyət göstərən diplomatik nümayəndəliklərin, beynəlxalq təşkilatların təmsilçiləri iştirak ediblər.
Qəbulda Azərbaycanı ölkəmizin Yaponiyadakı müvəqqəti işlər vəkili Fərid Talıbov təmsil edib.
Tədbir zamanı Əlahəzrət İmperator Naruhito və İmperatriçə Masako ilə görüşən Fərid Talıbov taxta çıxmaları və yeni “Reiwa” dövrünün başlaması ilə əlaqədar Azərbaycan rəhbərliyinin təbriklərini çatdırıb.

Tehsil-press.az

Oxşar xəbərlər