Azərbaycanda ikinci tip şəkərli diabet xəstəliyi uşaq və gənclər arasında çox geniş yayılıb.
Bunu Azərbaycanda Nutrologiya, Dieotologiya və Piylənmənin Tədqiqatı üzrə Akademiyanın (ANDOP) direktoru Sevinc Zaman Elmi Tədqiqat Kardiologiya İnstitutunda "Ürəyimizi şəkərli diabetdən necə qoruyaq" mövzusunda keçirilən elmi-praktik konfransda deyib.
Bunu ciddi problem sayan S.Zaman qeyd edib ki, ikinci tip şəkərli diabet xəstəliyinə əvvəllər daha çox böyüklər arasında rast gəlinirdi: "İndi isə bu, uşaq və gənclər arasında da geniş yayılıb. Bunun əsas risk faktorlarından biri çəkidir. Bu gün dünyada artıq piylənmə bir xəstəlik kimi qəbul olunub. Bu, 21-ci əsrin epidemiyası sayılır. Bu xəstəliyin də fəsadları çox ağırdır. Bu fəsadlar şəkərli diabet, ürək-damar xəstəlikləri və s-dir".
Tehsil-press.az