Hazırda Azərbaycanda böyrək köçürülmüş 900-dən çox insan var və onların dərman təminatını dövlət öz üzərinə götürüb.
Respublikanın şəhər və rayonlarında 44 hemodializ mərkəzi fəaliyyət göstərir. Həmin mərkəzlərdə 3600-dən çox xroniki böyrək çatışmazlığı olan xəstə hemodializ seansları və dərman preparatları ilə təmin edilir.
Səhiyyə Nazirliyinin məlumatına görə, bu gün Azərbaycanda dövlət hesabına hemodializlə müalicə üçün növbədə olan xəstə yoxdur. Hazırda xəstələr 71 adda dərman və tibbi ləvazimatlarla Səhiyyə Nazirliyi tərəfindən tam təmin olunurlar.
Qeyd edək ki, xroniki böyrək çatışmazlığı və ya böyrəklərin xroniki xəstəliyi müxtəlif səbəblərdən böyrəklərin funksiyasının tədricən itməsi və təkrar bərpa olunmaması ilə nəticələnən patoloji haldır.
Böyrəklərin xroniki iltihabi xəstəlikləri, sidik yollarının infeksiyaları, anadangəlmə böyrək anomaliyaları, bir sıra uroloji patologiyalar və böyrək daşı xəstəliyi, şəkərli diabet, hipertoniya xəstəliyi və s. böyrək çatışmazlığı ilə fəsadlaşa bilər.
Xəstəliyin ilk mərhələlərində dərman müalicəsi ilə böyrək çatışmazlığının sonrakı inkişafının və gözlənilən ağırlaşmaların qarşısını almaq mümkün olur. Lakin konservativ müalicə effektsiz olduğu hallarda böyrəklərin artıq itirilmiş funksiyalarını əvəz edə biləcək müalicə üsulları tətbiq olunur ki, bunlara hemodializ, periton dializi və böyrəkköçürmə aiddir.
Tehsil-press.az