Məktəb direktoru 1-ci sinif şagirdinin ölümünə münasibət bildirib.
M.Ş.Vazeh adına 16 saylı tam orta məktəbin direktoru Elmira Yusifova APA-nın yerli bürosuna bildirib ki, dünyasını dəyişən şagird epilepsiya xəstəsi olub. Bu gün səhər saatlarında şagirdin halı qəfildən pisləşib. Məktəbə təcili tibbi yardım çağırılıb. X.Hətəmli xəstəxanaya aparılarkən yolda ölüb.
***
Saat 14:30
Gəncədə bədbəxt hadisə baş verib.
Hadisə 16 nömrəli tam orta məktəbdə qeydə alınıb. Belə ki, məktəbin 1-ci sinif şagirdi, 2013-cü il təvəllüdlü Hətəmli Xədicə Rəhim qızının məktəbdə halı pisləşib və o yıxılıb. Məktəbli hadisə yerində dünyasını dəyişib.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
Tehsil-press.az