Mərkəzi Elmi Kitabxananın əməkdaşları İzmirdə “D-Space” proqramı ilə tanış olublar

Mərkəzi Elmi Kitabxananın əməkdaşları İzmirdə “D-Space” proqramı ilə tanış olublar Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) bir qrup əməkdaşı Türkiyənin İzmir şəhərində ezamiyyətdə olub.
“Ezamiyyə müsabiqəsi”nin qalibləri olan əməkdaşlar İzmir Yüksək Texnoloji İnstitutu və İzmir Milli Kitabxanasını ziyarət ediblər. İzmir Yüksək Texnoloji İnstitutunun rektoru Yusuf Barana MEK-in proqramları haqqında ətraflı məlumat verilib və nəticələri müzakirə edilib. İnstituta MEK tərəfindən Nəsimi və Azərbaycanın mədəniyyəti ilə bağlı kitablar hədiyyə edilib.
Daha sonra MEK-in kollektivi institutun kitabxana direktoru Gültəkin Gurdal və əməkdaşları tərəfindən “D-Space” proqramı ilə təlim-seminar formatında tanış olub və İzmir Yüksək Texnoloji İnstitutunun kitabxanasının fəaliyyətini müşahidə edib.
İzmir Milli Kitabxanasının direktoru Ulvi Puğ MEK-in əməkdaşları ilə görüşüb. Sonra kitabxanaya ekskursiya edilib, əməkdaşlara məlumatlar verilib, yeniliklər haqqında söhbət açılıb və Azərbaycanın tarixinə aid kitablar hədiyyə edilib.
Səfərdə MEK-in İnnovasiyaların hazırlanması və tətbiqi bölməsinin rəhbəri Cəmilə Yusifova, Elektron resursların formalaşdırılması şöbəsinin rəhbəri Elmar Quliyev və əməkdaşlardan Rüfət Nuriyev, Elvin Rəsulov, Fidan Mirzəzadə, Gülarə Quliyeva, Kitabxana-xidmət şöbəsinin rəhbəri Aygün Səfərova və kitabxanaçı Əsmər Salalı, iqtisadçı mütəxəssis Hökümə Məmmədova, “Vikipediya” üzrə mütəxəssis Qulamhüseyn Məmmədov iştirak ediblər.

Tehsil-press.az

Oxşar xəbərlər