Sumqayıt Dövlət Rəsm Qalereyasında İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş sərgi keçirilib

Sumqayıt Dövlət Rəsm Qalereyasında İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş sərgi keçirilib Sumqayıt Regional Mədəniyyət İdarəsinin dəstəyi, Sumqayıt Dövlət Rəsm Qalereyasının və Sumqayıt şəhər Gənclər və İdman Baş idarəsinin birgə təşkilatçılığı ilə mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş “İki cahan” adlı sərgi keçirilib.
Sumqayıt Dövlət Rəsm Qalereyasda baş tutan sərgidə ümumilikdə uşaq və yeniyetmə gənclərin Nəsiminin həyat və yaradıcılığına həsr olunmuş 51 əsəri nümayiş olunub.
Sərgidə Sumqayıt Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə Əhməd Bakıxanov, Bül-bül, Səid Rüstəmov adına UİM-nin şagirdləri və Sumqayıt şəhər Diyarşünaslıq klubunun rəsm dərnəyinin şagirdləri ilə birlikdə Nəsimi adına dənizkənarı istirahət parkında etdikləri etüdləri və "Nəsimi uşaqların gözü ilə" layihəsi adı altında Abşeron rayon Novxanı sənətkarlıq klubunun, “Məntiq”rəsm kursunun, 1 nömrəli Uşaq Gənclər Mərkəzinin, “Matris” tədris mərkəzinin və Xəzər Universiteti Sumqayıt Dünya məktəbinin şagirdlərinin Nəsimi yaradıçılığına həsr olunmuş əsərləri numayiş olunub.
Tədbirdə Sumqayıt şəhər 26 saylı tam orta məktəbin şagirdləri Nəsiminin qəzəlləri ilə çıxış ediblər.
Sərgidə Əməkdar İncəsənət xadimi, monumental rəssam Vaqif Nəzirov, peşəkar rəssam, “Nəsimi” obrazının peşəkar yaradıcısı Tofiq Əhmədov, yazıçı, ssenarist, “Zərdabi” mükafatı laureatı Hafiz İnamnəzərli və digər qonaqlar sərgi iştirakçılarını təbrik edib xoş arzularını çatdırıblar.
Tədbirin sonunda “İki cahan“ adlı sərgidə iştirak edən şagirdlər və qaliblər fəxri fərmanlarla və müxtəlif hədiyyələrlə mükafatlandırılıblar.

Sumqayıt Regional Mədəniyyət İdarəsinin
Mətbuat xidməti


Oxşar xəbərlər