Sumqayıt Dövlət Rəsm Qalereyasında “Uşaqlar sevinsin deyə...” xeyriyyə sərgisi keçirilib

Sumqayıt Dövlət Rəsm Qalereyasında “Uşaqlar sevinsin deyə...” xeyriyyə sərgisi keçirilib Sumqayıt Dövlət Rəsm Qalereyasında Sumqayıt Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə rəssam –dizayner, “Matris” tədris mərkəznin və “Stars´academy” tədris mərkəzinin rəsm dərnəyinin müəlliməsi Aygün İlyasovanın tələbələrinin “Uşaqlar sevinsin deyə..”adlı xeyriyyə sərgisi keçirilib.
Sərgi Sumqayıt şəhərinin yaranmasının 70 illik yubiley tədbirləri çərçivəsində keçirilib.
Sərgidə hər tələbənin 1-2 rəsm əsəri olmaqla 27 rəsm işi nümayiş olunub, sonda 3 əsər auksiona çıxarılıb.
Sərginin keçirilməsində məqsəd uşaqların üzünü güldürmək, rəssamın kiçik amma ürəkləri çox-çox böyük olan tələbələrinin çəkdikləri rəsm əsərlərini sərgiləyib satışa çıxarmaq və toplanılan vəsait ilə kimsəsiz uşaqlar evini ziyarət etməkdir.
Tədbirdə Sumqayıt Dövlət rəsm Qalereyasının direktoru Ellada Həsənova, yazıçı Hafiz İmamnəzərli, sərginin təşkilatçısı rəssam Aygün İlyasova və digərləri çıxış edərək bildiriblər ki, uşaqlar həyatdır, dünyadır. Sevgi də xoşbəxtlik də onlarla başlayır onlarla bitir. Belə tədbirlərin keçirilməsi də uşaqlara erkən yaşdan mərhəmət hissini aşılamaq, yardıma ehtiyacı olan yaşıdlarına kömək etməkdir.
Qeyd edək ki, sərgilənən əsərlərinin əksəriyyəti artıq satılıb.

Mətbuat Xidməti


Sumqayıt Dövlət Rəsm Qalereyasında “Uşaqlar sevinsin deyə...” xeyriyyə sərgisi keçirilibSumqayıt Dövlət Rəsm Qalereyasında “Uşaqlar sevinsin deyə...” xeyriyyə sərgisi keçirilibSumqayıt Dövlət Rəsm Qalereyasında “Uşaqlar sevinsin deyə...” xeyriyyə sərgisi keçirilib

Oxşar xəbərlər