Bu il Azərbaycan əhalisinin sayı 71 min nəfərdən çox artıb

Bu il Azərbaycan əhalisinin sayı 71 min nəfərdən çox artıb İlin əvvəlindən Azərbaycan üzrə əhalinin sayı 71688 nəfər və ya 0,7 faiz artaraq 2019-cu il noyabr ayının 1-i vəziyyətinə 10 053 145 nəfərə çatıb.
Əhalinin 52,8 faizini şəhər, 47,2 faizini kənd sakinləri, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir.
Əhalinin bir kvadrat kilometrə düşən sayı 116 nəfər olub.

Tehsil-press.az

Oxşar xəbərlər