Məcburi köçkün məktəbində tanınmış şairlə görüş

Məcburi köçkün məktəbində tanınmış şairlə görüş Bakı şəhərində yerləşən Kəlbəcər rayon 19 saylı tam orta məktəbdə Azərbaycan ədəbiyyatının inkişafında xüsusi xidmətləri olan tanınmış şair, ədəbiyyatşünas, Əməkdar mədəniyyət işçisi, ədəbi mükafatlar laureatı, filologiya elmləri doktoru, professor Rafiq Yusifoğlunun iştirakı ilə "Mənim imzam" adlı tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan Azərbaycan Milli Elmlər Akademiyasının doktorantı Nofəl Şirinov Rafiq Yusifoğlunun həyat və fəaliyyəti ilə bağlı məlumat verib.
Daha sonra məktəbin müəllimi Rafiq Yusifoğlunun tələbəsi olmuş Sona Həsənova Rafiq müəllimlə bağlı xatirələrini bölüşüb, uşaq ədəbiyyatı və Azərbaycan ədəbiyyatşünaslığında Rafiq Yusifoğlunun xidmətlərindən danışıb.
Məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Təravət Hüseynovanın “Rafiq Yusifoğlu yaradıcılığı və müasir Azərbaycan uşaq ədəbiyyatı” mövzusunda məruzəsi dinlənilib.
Sonra şagirdlər müəllifin şeirlərini söyləyiblər.
Görüş iştirakçılarına Rafiq Yusifoğlunun şeirləri əsasında hazırlanan tamaşa göstərilib.
Rafiq Yusifoğlu məktəblilərin və görüş iştirakçılarının suallarını cavablandıraraq şeirlərindən nümunələr söyləyib, O, müəllifi olduğu kitabları şagirdlərə hədiyyə edib.
Tədbirin sonunda məktəbin direktor müavini Şakir Süleymanov qonaqlara və tədbirin təşkilatçılarına minnətdarlığını bildirərək, Rafiq Yusifoğlunun yaradıcılığı ilə bağlı fikirlərini bildirib.

Tehsil-press.az

Oxşar xəbərlər