“Yüksəliş” müsabiqəsində imtahanlar tam şəffaf keçiriləcək.
Bunu “Yüksəliş” müsabiqəsinin Təşkilat Komitəsinin üzvü, Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə müsabiqənin başlanmasına dair keçirilən mətbuat konfransında deyib.
O qeyd edib ki, Dövlət İmtahan Mərkəzinin keçirdiyi imtahanların şəffaflığı onunla təmin olunur ki, insan faktorundan uzaqdır. Onun sözlərinə görə, müsabiqədə imtahanlar onlayn şəkildə olacaq: “Ən əsası biz iştirakçılara inanırıq ki, onlar bu müsabiqədə suallara cavab verəcəklər. “Yüksəliş” müsabiqəsində iştirak etmək istəyən şəxslər üçün sınaq imtahanı keçiriləcək”.
M.Abbaszadə qeyd edib ki, hər bir sual üçün vaxt müəyyən ediləcək: “Bu vaxt sualın asanlığına və ya çətinliyinə görə müəyyən olunacaq. Əgər qoyulan zaman ərzində sual cavablandırılmasa, təkrarlanmır”.
DİM sədri əlavə edib ki, müsabiqədə iştirak edənlər üçün sınaq imtahanında iştirak etmək imkanı yaradacağıq.
Qeyd edək ki, bu gündən “Yüksəliş” müsabiqəsinin qeydiyyat mərhələsinə start verilib.
“Yüksəliş” müsabiqəsi Prezident İlham Əliyevin iyulun 26-da imzaladığı sərəncamla intellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan perspektiv rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis edilib. Müsabiqənin keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsi də yaradılıb. Müsabiqə üzrə cari işlərin həyata keçirilməsi üçün 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Gənclər və İdman Nazirliyinə bir milyon manat ayrılıb.
Tehsil-press.az