Dövlət İmtahan Mərkəzi (DİM) dövlət qulluğuna qəbul olunmaq istəyən şəxslərin müsabiqənin test imtahanı mərhələsinə daha da səmərəli hazırlaşmalarına kömək məqsədilə elektron sınaq imtahanı keçirəcək.
“Elektron sınaq imtahanında iştirak etmək üçün online qeydiyyat” sentyabrın 29-u saat 10.00–dan oktyabrın 3-ü saat 18.00–dək davam edəcək.
Elektron sınaq imtahanı oktyabrın 5-də DİM-in Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında yerləşən binasında keçiriləcək və saat 10.00-da başlanacaq.
Sınaq imtahanında iştirak etmək istəyənlər DİM-in saytında “Şəxsi kabinet”lərini yaratmalıdırlar. Kabinet yaradılan zaman onun pul hesabı da açılır. Sınaq imtahanında iştirak üçün ödənişin məbləği 30 manatdır. “Şəxsi kabinet”də olan hesaba vəsait daxil etmək üçün müxtəlif ödəniş üsullarından (ətraflı məlumat payment.dim.gov.az saytında verilib) faydalanmaq olar. “Şəxsi kabinet” yaradıldıqdan və hesaba lazımi vəsait qoyulduqdan sonra sınaq imtahanlarında iştirak üçün DİM-in saytında online qeydiyyatdan keçmək lazımdır.
DİM-in Mətbuat Xidməti