ABŞ-da Yeni il gecəsi baş verən hadisələrdə ən azı 10 nəfər ölüb

ABŞ-da Yeni il gecəsi baş verən hadisələrdə ən azı 10 nəfər ölüb ABŞ-ın şəhərlərində Yeni il gecəsində baş verən atışma zamanı ən azı 10 nəfər həlak olub.
Məlumata əsasən, atışmalar əsasən barlarda və gecə klublarında baş verib. Belə ki, Orlando (Florida ştatında) şəhərindəki gecə klubunda şənlik zamanı atışmada iki nəfər ölüb. Daha iki nəfər Texasdakı bir klubda həlak olub.
ABŞ-ın Virciniya ştatında barda atışma zamanı 7 nəfər yaralanıb. Atışma nəticəsində Sent-Luis (Missuri ştatl) və Filadelfiyada (Pensilvaniya ştatı) bir neçə nəfər də həlak olub.

Tehsil-press.az

Oxşar xəbərlər