Qazaxıstanın paytaxtında bütün aviareyslər təxirə salınıb

Qazaxıstanın paytaxtında bütün aviareyslər təxirə salınıb Hava şəraiti ilə əlaqədar Qazaxıstanın paytaxtındakı hava limanında bütün reyslər təxirə salınıb.
BU barədə Nursultan Nazarbayev adına Beynəlxalq Hava Limanının mətbuat xidmətinin nümayəndəsi Jenis Əhmətcanov xəbər verib.
J.Əhmətcanov deyib: "Nursultan Nazarbayev Beynəlxalq Hava Limanı çətin hava şəraiti və məhdud görünmə səbəbindən təhlükəsizliyi təmin etmək məqsədi ilə bütün gəliş və gediş uçuşlarını qeyri-müəyyən müddətə təxirə salındığını bildirir. Küləyin sürəti saniyədə 20-24 metrə çatır."
Çovğun və güclü külək səbəbindən yanvarın 27-də Nur-Sultan şəhərində məktəblər, kolleclər və məktəbəqədər mərkəzlər bağlı olacaq.

Tehsil-press.az



Oxşar xəbərlər