Xarici İşlər naziri Elmar Məmmədyarov Avropa Parlamentinin (AP) Xarici Əlaqələr Komitəsinin sədri, Avropa Xalq Partiyasının Almaniyadan olan deputatı Devid MakAlister və Azərbaycan üzrə daimi məruzəçi, Avropa Xalq Partiyasının Xorvatiyadan olan deputatı xanım Jelena Zovko ilə görüşüb.
Görüş zamanı tərəflər Aİ-Azərbaycan arasında mövcud olan qarşılıqlı faydalı əməkdaşlıq münasibətləri, o cümlədən ikitərəfli əlaqələrin hüquqi bazasını təşkil edəcək yeni Saziş üzrə davam etdirilən danışıqlar barəsində fikir mübadiləsi apardılar. Bu xüsusda ticarət sahəsində danışıqların cari vəziyyəti və Aİ-nin ticarət üzrə Komissarı ilə keçirilmiş görüşə toxunuldu.
Azərbaycanın Avropa arasında enerji sahəsində strateji tərəfdaşlıq münasibətləri, habelə Cənubi Qaz Dəhlizi layihəsi və onun gələcəkdə yeni layihələrlə genişləndirilməsi perspektivləri və enerji təhlükəsizliyi mövzularında müzakirələr aparıldı.
Nazir Elmar Məmmədyarov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqların cari vəziyyəti, o cümlədən Münhen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilən Azərbaycan Prezidenti və Ermənistan Baş nazirinin iştirakı ilə açıq müzakirələr haqqında qarşı tərəfə məlumat verdi. Münaqişənin beynəlxalq ictimaiyyətin, o cümlədən Avropa Parlamentinin müvafiq qətnamələrinin tələblərinə uyğun olaraq həllinin və Azərbaycanın beynəlxalq tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünün və suverenliyinin təmin olunmasının vacibliyini vurğuladı.
Tərəflər, həmçinin Azərbaycanda baş tutan növbədənkənar parlament seçkilərindən danışdılar. Nazir bu seçkilərin ölkəmizdə həyata keçirilən siyasi və struktur islahatları kontekstində nəzərdən keçirilməli olduğunu bildirdi və seçkilərin xalqın iradəsini ifadə etdirdiyini bildirdi. Seçkilərdən sonra qeydə alınmış hər bir şikayətin ciddi şəkildə araşdırıldığı və hazırda 4 seçki dairəsində nəticələrin ləğv olunduğu qarşı tərəfin diqqətinə çatdırıldı.
Görüş zamanı, habelə qarşılıqlı maraq doğuran regional məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
Tehsil-press.az