Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı paneldə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müzakirələr erməni baş naziri olduqca pis duruma saldı. Prezident İlham Əliyevin məntiqə və tarixi reallıqlara əsaslanan möhtəşəm çıxışı bir daha dünyanın gözü qarşısında Azərbaycanın ədalətli tərəf olduğunu isbat etdi.
Həmin diskussiyada Azərbaycan Prezidenti İlham Əliyev dünya mediasının, beynəlxalq ictimaiyyətin gözü önündə Ermənistanın işğalçılıq siyasətini ifşa etdi, Paşinyanın sərsəm yalanlar üzərində qurduğu bütün iddialarını darmadağın etdi. Ölkə başçısı dünya ictimaiyyətinin, o cümlədən beynəlxalq təşkilatların təcavüzkar Ermənistana təzyiq göstərməsinin vacibliyinə diqqət çəkdi, bunu zəruri edən səbəblərə toxundu. Prezident ATƏT-in Minsk Qrupu həmsədrlərinə də ismarış verdi ki, “Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçi olan qurumlar Ermənistana təzyiq göstərməli və başa salmalıdır ki, bu torpaqlar əbədi və əzəli Azərbaycan torpaqlarıdır. Dövlət başçısı görüşdə XVIII əsrdən tarixi faktlar gətirərək ermənilərin Azərbaycan ərazilərinə necə köçürüldüyündən də danışıb. Prezident İlham Əliyev bu tarixi faktları açıqlamaqla bütün dünyaya göstərdi ki, problemin birmənalı həlli erməni qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərini tərk etməsi, məcburi köçkünlərin öz doğma yurdlarına qayıtması, yalnız bundan sonra Dağlıq Qarabağın statusu ilə bağlı bəyanatların verilməsidir".
Panel zamanı ən yadda qalan məqamlardan biri də faktlar qarşısında panikaya düşən Paşinyanın böyük çaşqınlıq içində “Çünki Qafqaz Bürosu Dağlıq Qarabağın Azərbaycanın ... yox, üzr istəyirəm, Ermənistanın tərkib hissəsi olmasına qərar verdi” bununla da özü də bilmədən həqiqətin aşkara çıxarılmasına kömək edən etirafı “Yalançının hafizəsi olmaz” məşhur Azərbaycan atalar sözünün nə qədər doğru olduğunu sübut etdi. Bütün bu faktlar bir daha belə bir məntiqi nəticəyə gəlməyə əsas verdi ki, erməni baş nazir Münxenə müzakirə aparmağa yox, beynəlxalq ictimaiyyət qarşısında rəzil olmağa getmişdi və bunu məharətlə bacardı.
Məhz həmin müzakirələrdə Azərbaycan liderinin erməni baş nazirə həm siyasətdən, həm tarixdən, həm də diplomatiyadan sözün həqiqi mənasında, dərs verməsi, Azərbaycan dövlətinin, Azərbaycan xalqının maraqlarını ən yüksək səviyyədə müdəfiə etməsi Azərbaycan gəncliyi tərəfindən böyük ruh yüksəkliyi və fərəh hissi ilə qarşılandı. Prezident İlham Əliyev öz qətiyyəti, dəmir iradəsi və məntiqi ilə bir daha öz xalqının rəğbətini və məhəbbətini qazandı.

Tamerlan Əkbərov
Azərbaycan Kooperasiya Universitetinin Mətbuat və ictimai işlər xidmətinin rəhbəri,
ictimai fəal gənc