“Cənab Prezident İlham Əliyev BMT-nin Baş Assambleyasının 72-ci sessiyasında iştirakı və çıxışı ilə bir daha ölkəmizin və xalqımızın mənafeyini, milli maraqlarını qətiyyətlə qorudu”.
Bunu Təhsil-press.az-a Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.
S.Vəliyeva bildirib ki, Prezident İlham Əliyevin BMT-dəki çıxışı regional və qlobal miqyasda xüsusi diqqət çəkən bir sıra məqamlarla yadda qaldı:
“Birincisi, cənab Prezident İlham Əliyev rasional çıxışı, praqmatik tezisləri ilə Ermənistanın kriminal rəhbərini ifşa etdi, düşmən ölkə başçısının sözlərinin sərsəmləmələrdən, böhtandan və şərdən ibarət olduğunu isbatladı. İkincisi, dövlətimizin başçısı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində ölkəmizin qətiyyətli mövqeyini bir daha dünya ictimaiyyətinin diqqətinə çatdırdı. Üçüncüsü, cənab Prezident münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunması üçün ölkəmizin həm siyasi-iqtisadi, həm də hərbi qüdrətinin olduqca böyük olduğunu faktlarla sübut etdi. Dördüncüsü, Prezident İlham Əliyev Ali Baş Komandan kimi həm Ermənistana, həm də onun havadarlarına mesaj verdi ki, Azərbaycan bəzi dairələrin ikili standartlı siyasətinə baxmayaraq, bundan sonra da qətiyyətli mövqeyindən geri çəkilməyəcək, beynəlxalq hüququn verdiyi bütün imkanlardan istifadə edərək dövlətimizi, xalqımızı qoruyacaq, ərazi bütövlüyümüzü təmin edəcək. Beşincisi, Prezident İlham Əliyev müasir, demokratik, inkişaf edən, tərəqqisi ilə dünya ölkələrinə nümunə olan Azərbaycanın yeni formada təqdimatını reallaşdırdı, ölkəmizin yeni uğurlarını, nailiyyətlərini dünya ictimaiyyətinin diqqətinə təqdim etdi”.
"Cənab Prezident İlham Əliyevin BMT-dəki çıxışı fonunda orada təmsil olunan bütün dövlətlərin nümayəndələri bir daha müasir Azərbaycan dövlətinin gücü, qüdrəti və nailiyyətləri ilə tanış oldular", - deyən millət vəkili əlavə edib ki, sadalanan faktorlar bir daha Prezident İlham Əliyevin ölkəsinin və xalqının milli maraqlarını müdafiə edən qətiyyətli dövlət başçısı olduğunu, onun Azərbaycanda alternativsiz lider olaraq qəbul edildiyini isbatladı.
Təhsil-press.az