Azərbaycan Milli Elmlər Akademiyasının Hüquq və İnsan Haqları İnstitutunun direktoru, hüquq üzrə elmlər doktoru, professor Aytən Mustafazadə ilə Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Vladimir Georgiyev arasında işgüzar görüş keçirilib.
Görüşdə gündəlikdə olan cari və perspektiv işlər nəzərdən keçirilib, qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə edilib.
Professor Aytən Mustafazadə Hüquq və İnsan Haqları İnstitutunun yaranması və fəaliyyət istiqamətlərindən danışıb. O, institutun Əcnəbilərin hüquqları və miqrasiya şöbəsinin apardığı elmi araşdırmalardan xüsusi bəhs edib.
Vladimir Georgiyev Azərbaycanda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar olaraq xeyli miqdarda qaçqın və miqrant olduğunu bildirib. Qeyd edib ki, Azərbaycanda Beynəlxalq Miqrasiya Təşkilatının yeni layihəsi olan Beynəlxalq Treninq Mərkəzi yaradılacaq. O, bu layihənin ölkə üçün uğurlu olacağına inandığını vurğulayıb.
Hüquq və İnsan Haqları İnstitutunun Əcnəbilərin hüquqları və miqrasiya şöbəsinin müdiri Rasim Ağasiyev təklif edib ki, institut və Beynəlxalq Miqrasiya Təşkilatı birgə layihə həyata keçirsin, layihə çərçivəsində miqrantların vəziyyəti elmi cəhətdən araşdırılsın və qanun layihəsi olaraq Milli Məclisə təqdim edilsin.
Görüşdə Hüquq və İnsan Haqları İnstitutu ilə Beynəlxalq Miqrasiya Təşkilatının əməkdaşlıq sənədinin vaxtının uzadılması və sənədə yeni bəndlərin əlavə olunması müzakirə olunub.
Tehsil-press.az