"Günümüzün əsas müzakirə mövzusu olan koronavirus təhlükəsi ölkəmizdə səhiyyə sisteminin mövcud vəziyyətini, dövlətimizin bu sahənin inkişafına xidmət edən addımlarını və uğurlu nəticələrini bir daha nəzərdən keçirməyi bir zərurət duyulur. Cənab İlham Əliyev Prezident kimi fəaliyyətə başladağı ilk gündən iqtisadi artımın qeyri-neft sektorunun hesabına olmasını qarşıya mühüm vəzifə kimi qoydu. Bu vəzifənin uğurlu icrası ilk növbədə regionların malik olduğu potensial imkanlardan səmərəli istifadəni aktuallaşdırdı, təsdiqlənən Dövlət proqramlarında insan amilinə dəyərdən irəli gələn addımlar və onların icra mexanizmləri öz əksini tapdı. Əhalinin sosial müdafiəsinin gücləndirilməsi, onların təhlükəsiz, sağlam şəraitdə yaşayışının təminatı dövlət siyasətinin əsasını təşkil edir. Regional inkişaf proqramlarında əksini tapan müddəalardan biri sosial layihələrin tərkib hissəsi olaraq bölgələrdə müalicə-diaqnostika mərkəzlərinin inşa edilməsi və insanların istifadəsinə verilməsidir. Səhiyyə sistemində aparılan təkmil, ardıcıl islahatlar bu sahənin yeni, müasir mərhələyə qədəm qoymasına geniş imkanlar yaradır. Beynəlxalq standartlara cavab verən müasir xəstəxana və tibb ocaqları vətəndaşların sağlamlığının qorunmasını, onların müayinə-müalicə işini yüksək səviyyədə həyata keçirmələrini şərtləndirir. Göstərilən diqqət və qayğı, həmçinin həkim heyətinin daha səylə çalışmalarına, vətəndaş məmnunluğunun artırılmasına öz töhfələrini verməyə stimul yaradır."
Bu fikirləri Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə dövlət başçısı İlham Əliyevin koronavirusla mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında sərəncamı ilə bağlı KİV-ə açıqlamasında bildirib.
V.Rəhimzadə qeyd edib ki, hazırda dünya gündəmini zəbt edən koronavirusla mübarizə tədbirlərinin gücləndirilməsi ölkəmizdə davamlılığı ilə diqqət çəkir. Dövlətimizin başçısı İlham Əliyevin göstərişinə uyğun olaraq Nazirlər Kabinetinin yanında xüsusi Operativ Qərargah yaradılıb. Daim bu çağırış edilir ki, hər kəs bu xəstəliklə mübarizə aparmaq üçün profilaktik tədbirlərin həyata keçirilməsinə xüsusi diqqət yetirməli, xəstəliyə yoluxmamaq üçün maarifləndirmə işinin daha da gücləndirilməsinə öz dəstəyini göstərməlidir. Ölkə ərazisində monitorinqlər aparılır, bütün sərhəd-keçid məntəqələrində xüsusi cihazlar quraşdırılıb. Ayrı-ayrı dövlətlərlə təmasların minimallaşdırılması və ya ümumiyyətlə, dayandırılması, ölkə daxilində ictimai həyata və davranışa sərt məhdudiyyətlərin tətbiq edilməsi bir çox ölkələr üçün səciyyəvi hal alıb.
Baş redaktor bildirib ki, Prezident İlham Əliyev tərəfindən atılan addımlar, bütün fövqəladə hallarda ölkə vətəndaşlarının yanında olması böyük rəğbətlə qarşılanır. Sosial problemlər həll olunduqca, rifah halı yüksəldikcə, insan amili öndə saxlanıldıqca vətəndaş da dövlətinə daha çox güvənir, ölkəsinin daha da güclənməsinə töhfəsini vermək üçün məsuliyyət hissini daha da artırır. Bu güvənc, inam öz növbəsində dövlətlə vətəndaş arasında birlik, sarsılmaz bağlılıq yaradır.
Vüqar Rəhimzadə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın koronavirus infeksiyası ilə bağlı xalqımıza müraciətində ifadə edilən bu əminliyi bir daha diqqətə çatdırıb ki, ümumi səylər mütləq nəticə verəcək. Təhlükəsizlik tədbirlərinə ciddi riayət edilməsi, şəxsi məsuliyyət və intizamlılıq özümüzü və ətrafımızdakıları qorumağın əsas şərtləridir.
Baş redaktor bu gün infeksiya ilə mübarizədə ön cəbhədə olan, Azərbaycan vətəndaşlarının sağlamlığının keşiyində dayanan, onların həyatını qorumaq üçün bütün lazımi tədbirləri həyata keçirən həkimlərə, tibbi personala öz minnətdarlığını ifadə edərək, dövlətimizin başçısı İlham Əliyevin koronavirusla mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə xidmət edən Sərəncamını ümumilikdə ölkə səhiyyəsinin inkişafına, insanların sağlamlığına, bir sözlə, insan amilinə göstərilən diqqət və qayğının tərkib hissəsi kimi dəyərləndirib.
V.Rəhimzadə bu mühüm məqamı da xüsusi qeyd edib ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Azərbaycanı hazırkı qlobal təhlükənin ölkə əhalisinə təsirini mümkün qədər minimallaşdırmaq üçün ən səmərəli tədbirlər həyata keçirən ölkələrdən biri kimi dəyərləndirir. Hazırda Azərbaycan hökuməti ÜST-ün tövsiyələrini və beynəlxalq təcrübəni nəzərə alaraq, əhalinin sağlamlığının etibarlı qorunması, virusun yayılmasının qarşısının alınması üçün həyata keçirilən tədbirlərin əhatə dairəsini daha da genişləndirir.
Tehsil-press.az