Rusiya Prezidenti Vladimir Putin Moskvada koronavirusa yoluxmuş və ya infeksiyaya yoluxduğundan şübhəli bilinən insanların müalicə aldığı Kommunarka xəstəxanasına gedib.
Putin xəstəxana işçiləri və baş həkim Denis Protsenko ilə söhbət edib, eyni zamanda qoruyucu kostyum və respiratordan istifadə edərək yoluxucu xəstəliklər şöbəsinə baş çəkib.
Dövlət başçısı xəstələrlə görüşərək onların səhhəti, müəssisənin şəraitindən razı olub-olmadıqları ilə maraqlanıb.
Qeyd edək ki, son məlumatlara görə, Rusiyada 495 koronavirusa yoluxma faktı qeydə alınıb.
Tehsil-press.az