Almaniyada koronavirusa yoluxanların sayı artır

Almaniyada koronavirusa yoluxanların sayı artır Almaniyada koronavirusa yoluxanların sayı 196 nəfərə çatıb. Bu barədə Robert Kox İnstitutu məlumat verib.
Daha əvvəl 188 yoluxma faktı təsdiqini tapmışdı.
Ölkədə koronavirusdan əziyyət çəkənlərin daha çoxu əvvəlki kimi Şimali Reyn-Vestfaliya torpağında yaşayır (103), daha sonra Bavariya (37), Baden-Vürtemberq (28) və Hessen (12) gəlir. Yoluxma faktları Berlin (3), Hamburq, Reynland-Pfaltse, Şlezviq-Qolşteyn, Bremen, Aşağı Saksoniya (hər birində 2 yoluxma faktı), Brandenburq, Saksoniya və Türinqiyada (hər üçündə 1 yoluxma faktı) qeydə alınıb.

Tehsil-press.az

Oxşar xəbərlər