Rusiyanın paytaxtı Moskva şəhərində daha 3 pasiyent koronavirus infeksiyası və ikitərəfli pnevmoniya səbəbindən vəfat edib. Ölənlərin ümumi sayı 19-a yüksəlib. Bu barədə “İnterfaks” Operativ Qərargaha istinadən xəbər verib.
Operativ Qərargahdan verilən məlumata görə, ölənlər 63-72 yaş arası şəxslərdir. Onlar kardioskleroz, ağciyərlərin xroniki obstruktiv xəstəliyi (AXOX), şəkərli diabet, arterial hipertenziya kimi xəstəliyin gedişatını çətinləşdirən xroniki xəstəliklərdən əziyyət çəkirmiş.
Qeyd edilir ki, vəfat edən pasiyentlərdən biri bu yaxınlarda ölkə xaricindən qayıdıb.
Aprelin 1-nə olan məlumata görə, Moskvada 1880 koronavirusa yoluxma halı təsdiqlənib, 19 nəfər dünyasını dəyişib, 115 pasiyent sağalıb və xəstəxanalardan evə buraxılıb. Ümumilikdə Rusiyanın 75 bölgəsində 2777 koronavirusa yoluxma halı təsdiqlənib.
Tehsil-press.az