Koronavirusdan ölənlərin sayı daha da artdı - Yenilənib

Koronavirusdan ölənlərin sayı daha da artdı - Yenilənib Çinin Hubey əyalətində koronavirusdan ölənlərin sayı 479-a, bu virusa yoluxanların sayı isə 16,6 minə çatıb. Bu barədə ölkənin Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsi məlumat verib.
Hökumət fevralın 4-də 3156 yeni yoluxma faktı aşkarlayıb. Yeni yoluxma faktlarının 1967-si əyalətin paytaxtı Uhan şəhərində qeydə alınıb.
4 fevrala olan məlumata əsasən, xəstəxanalardan 520 nəfər evə buraxılıb.
**
Çində koronavirusdan ölənlərin ümumi sayı 490-na, bu virusa yoluxanların sayı isə 24,3 minə çatıb. “Qafqazinfo” bildirir ki, bu barədə ölkənin Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsi məlumat verib.

Tehsil-press.az

Oxşar xəbərlər