Çində son sutka ərzində 5 nəfər ölüb - Yenilənib

Çində son sutka ərzində 5 nəfər ölüb - Yenilənib Çində son sutka ərzində koronavirusdan bir nəfər dünyasını dəyişib, 48 yeni yoluxma halı qeydə alınıb (hamısı xaricdən gələn şəxslərdir), 282 pasiyent sağalıb. Bu barədə ölkənin Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsi məlumat yayıb.
Ümumilikdə Çində hazırda xaricdən gələn 771 şəxsdə infeksiyaya yoluxma aşkarlanıb, onlardan 18-i ağır vəziyyətdədir, 104 nəfər sağalıb, xaricdən ölkəyə gələnlər arasında ölən yoxdur.
Pandemiyanın ocağı - Hubey əyalətində, eləcə də Uhanda virusa yoluxma halı qeydə alınmayıb, 271 nəfər (269-u Uhanda) xəstəxanalardan evə buraxılıb, bir nəfər dünyasını dəyişib (Uhanda).
***
Çində son sutka ərzində 5 yeni ölüm faktı qeydə alınıb. Ümumilikdə 3,305 nəfər virusdan dünyasını dəyişib.

Tehsil-press.az



Oxşar xəbərlər