ABŞ-da virusdan rekord sayda insan öldü

ABŞ-da virusdan rekord sayda insan öldü ABŞ-da koronavirusdan ölənlərin sayı 5926-ya çatıb. Bu barədə Con Hopkins Universiteti məlumat verib.
Beləliklə, ABŞ-da son 24 saat ərzində 1169 koronaviruslu xəstə dünyasını dəyişib.
Bu, bir ölkədə koronavirusdan ölənlərin sayına görə rekord göstəricidir. Daha əvvəlki “rekord” İtaliyaya məxsus idi. Burada martın 27-də 969 ölüm halı qeydə alınmışdı.
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı martın 11-də koronavirusu pandemiya elan edib. İndiyədək dünyada 900 mindən çox insan bu virusa yoluxub, 45 mindən çox pasiyent dünyasını dəyişib.

Tehsil-press.az

Oxşar xəbərlər