Türkiyədə koronavirusdan ilk ölüm qeydə alındı

Türkiyədə koronavirusdan ilk ölüm qeydə alındı Türkiyədə koronavirusdan ilk ölüm faktı qeydə alınıb. Bunu ölkənin Səhiyyə naziri Fəxrəddin Qoca açıqlayıb.
“Bu gün bizdə koronavirusdan ilk ölüm oldu, Çində xəstə ilə təmasda olan 89 yaşlı pasiyent dünyasını dəyişdi. Yoluxanların ümumi sayı hazırda 98 nəfər təşkil edir”, - Qoca jurnalistlərə deyib.
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı martın 11-də koronavirusu pandemiya elan edib. İndiyədək dünyanın 150-dən çox ölkəsində 173 mindən çox insan bu virusa yoluxub, çoxu sağalıb, 7 mindən çoxu isə dünyasını dəyişib.

Tehsil-press.az

Oxşar xəbərlər