Sağlamlığımızı qorumaq, rahatlığımıza qovuşmaq üçün məsuliyyətli və səbrli olmalıyıq.
Onun sözlərinə görə, indiki halda evdə qalmaq və səbrli olmaq lazımdır:
“Mən hər birimizə səbr, dözüm arzu edirəm. Başa düşürəm ki, evdə qalmaq bəzi insanlarımız üçün çox çətindir. Bəzi insanların maddi durumları, gündəlik həyat qayğıları onları səbrsiz edir. Bu prosesi yaşamaq onlara ağır gəlir. Amma unutmamalıyıq ki, sağlamlıq hər şeydən üstündür. Həm də dövlətimiz bütün bunları nəzərə alır, vətəndaşını qorumaq üçün əlindən gələni edir”.
Əməkdar artist bildirib ki, hər kəs əzizlərini, qohumlarını düşünərək bu virusdan qorunmalı, xüsusi karantin rejiminin qaydalarına əməl etməlidirlər:
“Mən özüm eyni həyətdə yaşadığım övladıma yaxın getmirəm. Bu, çox çətindir. Amma neyləmək olar ki, vəziyyət belədir, bir-birimizi qorumaq məcburiyyətindəyik. Bu virus gözəgörünməz düşməndir. Evdən çıxmaq, insanlarla təmasda olmaq çox təhlükəlidir. Çünki bilmirsən ki, kim infeksiyaya yoluxub, kim səndən əvvəl bu liftə minib, bu küçədən keçib”.
A.Haşımova qeyd edib ki, bir insanın məsuliyyətsiz davranışı yüzlərlə insanı təhlükə altında qoya bilər:
“Yeganə çıxış yolumuz özümüzü və sevdiklərimizi qorumaq, evdə qalmaq, qaydalara riayət etməkdir. Ancaq o halda bu bəla çox çəkməz, tez bir zamanda sovuşar. Sağlamlığımızı qorumaq, rahatlığımıza qovuşmaq üçün məsuliyyətli və səbrli olmalıyıq”.
Xatırladaq ki, koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejimi çərçivəsində ölkədə hərəkət məhdudiyyətləri müəyyən olunub.
Əhalinin həyat və sağlamlığının qorunmasını, dövlət qurumlarının və həyat təminatı obyektlərinin fasiləsiz işini, habelə yaranmış vəziyyətdə iqtisadi subyektlərin zəruri həddə fəaliyyətini təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah ölkədə hərəkət məhdudiyyətlərinin 5 aprel 2020-ci il saat 00:00-dan 20 aprel 2020-ci il saat 00:00-dək xüsusi qaydada tətbiqi ilə bağlı qərar alınıb.
Tehsil-press.az