Sumqayıt Regional Mədəniyyət İdarəsi və tabe müəssisələr 65 yaşı tamam olan mədəniyyət işçiləri ilə telefon rabitə vasitəsilə əlaqə saxlayı

Sumqayıt Regional Mədəniyyət İdarəsi və tabe müəssisələr 65 yaşı tamam olan mədəniyyət işçiləri ilə telefon rabitə vasitəsilə əlaqə saxlayı Koronavirus (COVİD-19) infeksiyasının ölkədə yayılmasının qarşısının alınması məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən ölkədə xüsusi karantin rejiminin elan edilməsi ilə əlaqədar olaraq 65 yaşdan yuxarı insanların evdən çıxması qadağan edilib.
Bu qərara əsasən Sumqayıt Regional Mədəniyyət İdarəsi və tabe müəssisələr 65 yaşı tamam olan və 65 yaşdan yuxarı mədəniyyət sahəsində çalışmış işçiləri ilə daima telefon vasitəsilə ünsiyyət saxlayıb, səhhətləri ilə maraqlanır, mövcud vəziyyətin tez bir zamanda aradan qalxacağını, həyatın yenidən əvvəlki formada davam edəcəyini söyləyərək onları darıxmağa qoymur, xüsusi karantin rejiminin qaydalarına əməl etmələrini bildirir və ehtiyac duyduqları istiqamətdə dəstək göstərir.

Tehsil-press.az


Oxşar xəbərlər