Makron karantin müddətini uzatdı

Makron karantin müddətini uzatdı Fransada karantin rejimi mayın 11-dək davam edəcək.
Bu barədə Fransa Prezidenti Emmanuel Makron bildirib. Onun sözlərinə görə, mayın 11-dən sonra təhsil müəssisələri açılsa da, restoran, kafe, kinoteatrlar hələ bir müddət bağlı qalacaq. Makron bildirib ki, mayın 11-dən etibarən dövlət hər kəsə maska verəcək. Bundan başqa, maddi durumu zəif olan ailələrə və tələbələrə yardım ediləcək. İşləməyənlər üçün işsizlik maaşı təyin olunacaq.
Qeyd edək ki, Fransada koronavirusdan 14 min 967 nəfər ölüb. Ümumi yoluxma sayı isə 136 min 779-dur.

Tehsil-press.az

Oxşar xəbərlər