Çində koronavirusla bağlı son vəziyyət

Çində koronavirusla bağlı son vəziyyət Çində son sutka ərzində daha 10 nəfər koronavirusa yoluxub, 56 nəfər sağalıb, ölən yoxdur.
Bu barədə ölkənin Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsi məlumat yayıb.
Bildirilir ki, virusa yoluxanlardan 6-sı xaricdən gələn şəxslər, 4-ü isə yerli sakinlərdir (üçü Heyluntszyan, biri isə Quandun əyalətində).
Qeyd edək ki, dekabr ayından indiyədək Çində koronavirusdan 4 642 nəfər həyatını itirib, 84 288 yoluxma halı qeydə alınıb.

Tehsil-press.az

Oxşar xəbərlər