Koronavirusa yoluxan Mişustin xəstəxanaya yerləşdirildi + Video

Koronavirusa yoluxan Mişustin xəstəxanaya yerləşdirildi + Video Rusiyanın Baş Naziri Mixail Mişustin koronavirusa yoluxub.
Bu barədə o, Prezident Vladimir Putinlə videobağlantı zamanı məlumat verib.
“Hörmətli, Vladimir Vladimiroviç, koronavirusla bağlı verdiyim test pozitiv çıxdı. Hökumət əvvəlki rejimdə işini davam etdirəcək, ancaq mən özünütəcrid rejimini gözləməli və həkimlərin təlimatlarını yerinə yetirməliyəm”, - deyə Mişustin bildirib.
O, səlahiyyətlərinin müvəqqəti icrası üçün birinci müavini Andrey Belousovun namizədliyini təklif edib. Prezident bu təkliflə razılaşıb.
Vladimir Putin öz növbəsində Mişustinə tezliklə sağalmasını arzulayıb.
***
Koronavirusa yoluxan Mişustin xəstəxanaya yerləşdirilib. Bu barədə baş Nazirin mətbuat katibi Boris Belyakov bildirib. Onun sözlərinə görə, Mixail Mişustin həkim nəzarəti altında olacaq. Bundan başqa, onunla ünsiyyətdə olan hər kəs izolyasiya olunacaq və onlardan koronavirus testi götürüləcək.



Tehsil-press.az

Oxşar xəbərlər