Bu fikirləri təhsil eksperti Ramin Nurəliyev abituriyentlərin ixtisas seçimlərindən danışarkən bildirdi.
Onun sözlərinə görə, bu il 1-ci ixtisas qrupunda vəziyyət çox-çox yaxşıdır:
"1-ci ixtisas qrupunda xüsusilə də 350-500 bal aralıqlarında 100 bala qədər balların düşəcəyini ehtimal edirəm. Xüsusilə də orta ballarda ciddi bir şəkildə, 100 bala qədər ballar düşəcək. Riyaziyyat-kimya alt qrupunda da ballar düşəcək. Amma riyaziyyat-kimya alt qrupunda blok imtahanında 100 balı keçməyənlərdə vəziyyət yenə də gərgin olaraq qalır. Çünki onlarda məhdud ixtisasların seçimi olacağı üçün orda vəziyyət bir az tamamilə fərqlidir. Amma digər bal aralıqlarında, xüsusilə də orta bal və ortadan yuxarı bal aralıqlarında balların ciddi bir şəkildə düşəcəyi gözlənilir. Mən 1-ci qrupda balların 50-70 ətrafında düşəcəyini güman edirəm. Təbii ki, bu, az bal toplayan abituriyentlərə o qədər də şamil olunmur. Birinci qrup riyaziyyat-informatika alt qrupunda hesab edirəm ki, yenə də bal düşüşü olacaq. Bu, rus və Azərbaycan bölməsinin hər ikisinə aiddir. Həm riyaziyyat-kimya alt qrupunda ballar düşəcək, həm də riyaziyyat-informatika alt qrupunda ballar düşəcək. Riyaziyyat-informatika alt qrupunda isə balların hardasa 20-30 bal düşəcəyini ehtimal edirəm".
Müsahibimizin sözlərinə görə, həm Azərbaycan bölməsində, həm də rus bölməsində 1-ci qrupda vəziyyət çox-çox yaxşıdır.
"2-ci ixtisas qruplarında ortalama olaraq hardasa balların 10-15 bal aralığında qalxacağını ehtimal edirəm. Ümumi olaraq 2-ci qruplarda da vəziyyət qənaətbəxşdir. Həm Azərbaycan bölməsində həm də rus bölməsində bir az daha çox balların qalxacağı ehtimal olunur. Amma çox ciddi bir şəkildə qalxış müşahidə olunmur.
3-cü qrupda vəziyyət çox-çox gərgindir, çox-çox pisdir. Balların yenə də eyni şəkildə 40-60 bal ətrafında qalxacağı müşahidə olunacaq. Xüsusilə də bəzi ixtisaslarda dövlət sifariş əsaslı plan yerlərində ciddi keçid ballarının artacağı müşahidə olunacaq. 3-cü ixtisas qrupu həm Azərbaycan bölməsi, həm də rus bölməsində vəziyyət gərgin olaraq qalır. Xüsusilə də 3-cü qrupda müsabiqə şərtlərini ödəyən abituriyentlərin sayının çox olması, plan yerləri ilə müqayisədə hardasa 9000 abituriyentin plan yerlərinə uyğun olaraq kənarda qalacağını göstərir. Bununla yanaşı 3-cü ixtisas qruplarında 2000 və 2500 arasında ixtisas seçimini səhv edən abituriyent olacaq".
Ramin Nurəliyev diqqətə çatdırdı ki, 3-cü ixtisas qrupuna nisbətən 4-cü ixtisas qrupunda vəziyyət daha da gərgindir:
"4-cü ixtisas qrupunda bəzi bal aralıqlarında balların 70 bala qədər qalxacağını ehtimal edirəm. Bu təbii ki, orta ballarda xüsusilə də özünü daha çox göstərəcək. Tibb ixtisasının ballarında hesab edirəm ki, çox ciddi dəyişiklik olmaz. Tibb ixtisasında balların qalxacağı təbii ki, qaçılmazdır. Hardasa 605 bal keçən il formalaşmışdı, bu 625 bal və daha çox olma ehtimalı var.
2-ci ixtisas qrupunda dövlət sifarişli ixtisasların plan yerində azalma müşahidə olunur. 1-ci xtisas qrupunda dövlət sifarişli ixtisasların plan yerində isə çoxalma müşahidə olunur. Bu da təbii ki, IT yönümlü ixtisaslara daha çox diqqətin ayrılmasının təzahürü kimi qiymətləndirilir. Hesab edirəm ki, IT yönümlü ixtisasların plan yerinin artırılması məhz süni intellektin və yüksək texnologiyanın artıq günümüzün bir parçası olmasının səbəbidir və bunun da əlbəttə ki, təsiri qaçılmazdır".
Tehsil-press.az