DİN vəsatət qaldırdı

DİN vəsatət qaldırdı Daxili İşlər Nazirliyi tərəfindən bir sıra sahibkarlıq subyektlərində yoxlamaların aparılmasının bərpa olunmasıyla bağlı aidiyyəti üzrə vəsatət qaldırılıb.
Bu barədə İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun 2019- cu il üzrə illik hesabatında qeyd olunub. Bildirilir ki, müvafiq qanunvericilik aktlarına əsasən sahibkarlıq subyektlərində yoxlamaların dayandırılması baxımından son illər qeyri-hökumət təşkilatları ilə birgə kənd təsərrüfatı, ictimai iaşə və digər sahələrdə məcburi əmək faktlarının aşkarlanması ilə bağlı monitorinqlər aparılmır.
Məsələnin əhəmiyyəti nəzərə alınaraq , həmin yoxlamaların bərpa olunması üçün Daxili İşlər Nazirliyi tərəfindən aidiyyatı üzrə vəsatət qaldırılıb.

Tehsil-press.az

Oxşar xəbərlər