Vilayət Eyvazov Seyfulla Əzimova yeni vəzifə verdi

Vilayət Eyvazov Seyfulla Əzimova yeni vəzifə verdi İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinator təyin edilib.
Bu barədə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb. Əmrə əsasən, Daxili İşlər nazirinin birinci müavini, polis general-mayoru Seyfulla Əzimov İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinator təyin edilib.
Qeyd edək ki, V.Eyvazov nazir vəzifəsinə təyin edilənədək həmin vəzifəni icra edib.
DİN-in mətbuat xidmətindən faktı təsdiqləyiblər.

Tehsil-press.az

Oxşar xəbərlər