Türkiyədə daha 34 nəfər koronavirusdan öldü

Türkiyədə daha 34 nəfər koronavirusdan öldü Türkiyədə son sutkada daha 34 nəfər koronavirusdan vəfat edib.
Bu barədə Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca məlumat verib.
Bununla da ölkədə koronavirusdan ölənlərin sayı 4 431 nəfərə çatıb. Son sutkada Türkiyədə 1 035 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 159 797 nəfərə çatıb.
Nazir əlavə edib ki, ölkədə koronavirusdan sağalanların ümumi sayı son sutkada 1 286 nəfər olmaqla 122 793 nəfər təşkil edir.
Son sutka ərzində koronavirusla bağlı 21 043 test aparılıb.

Tehsil-press.az

Oxşar xəbərlər