Pompeo öldürülən afroamerikalının ailəsinə başsağlığı verdi

Pompeo öldürülən afroamerikalının ailəsinə başsağlığı verdi ABŞ-ın dövlət katibi Mayk Pompeo Minneapolisdə polis tərəfindən boğularaq öldürülən afroamerikalı Corc Floydun ailəsinə başsağlığı verib.
Pompeo polisin Corc Floyda qarşı hərəkətini “iyrənc” adlandırıb. Bununla yanaşı, o qeyd edib ki, hökumət münaqişəyə görə başlayan dinc aksiyaların şiddətli iğtişaşlara çevrilməsinin səbəbini aydınlaşdırmalıdır.
Xatırladaq ki, mayın 25-də afroamerikalı Corc Floydu saxlayan polis onu dizi ilə boğub. Floyd “Nəfəs ala bilmirəm” desə də, polis əməkdaşı buna əhəmiyyət verməyib. Nəticədə Corc reanimasiyada dünyasını dəyişib. Bu isə ABŞ-da irqi ayrı-seçkilik səbəbindən kütləvi etirazlara səbəb olub.

Tehsil-press.az

Oxşar xəbərlər